Azərbaycan təyyarəsi qəzaya uğrayıb, ölənlər var
https://azeri.sahartv.ir/news/azərbaycan-i218584-azərbaycan_təyyarəsi_qəzaya_uğrayıb_ölənlər_var
Mayın 18-də Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb. "AN-12" tipli yük təyyarəsi Əfqanıstandan havaya qalxdıqdan sonra baş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 19, 2016 07:36 Asia/Baku
  • Azərbaycan təyyarəsi qəzaya uğrayıb, ölənlər var
    Azərbaycan təyyarəsi qəzaya uğrayıb, ölənlər var

Mayın 18-də Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb. "AN-12" tipli yük təyyarəsi Əfqanıstandan havaya qalxdıqdan sonra baş verib.

Məlumata görə, təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.

Beynəlxalq heyət tərəfindən idarə edilən təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxil olub.

Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsində sağ qalan iki nəfər Ukrayna vətəndaşıdır