Tehran və Bakının kənd təsərrüfatı əməkdaşlıqları regionun vəziyyətinə təsir göstərəcək
Bakı Xəbər qəzetinin baş redaktoru Tehran və Bakının kənd təsərrüfatı və iqtisadi sahələrdə əməkdaşlığının genişlənməsini region ölkələrinin xeyrinə adlandırıb.
Aydın Quliyev Səhər Beynəlxalq Telekanalının Azəri televiziyasına verdiyi müsahibədə İran və Azərbaycanın müştərək işçi qrupu tərəfindən Tehran və Bakının kənd təsərrüfatı sahəsində əməkdaşlıq sənədinin imzalanmasına toxunaraq deyib: Çərşənbə günü kənd təsərrüfatı sahəsində anlaşmanın imzalanması ilə iki ölkə əlaqələri daha da möhkəmlənəcək.
Tehranın İran əleyhinə sanksiyalar dövründəki təcrübələri və özünü təminini alqışlayan Quliyevin sözlərinə görə, Azərbaycan Respublikasının kənd təsərrüfatı sahəsində çoxlu potensiallara malik olmasına baxmayaraq, kənd təsərrüfatı sahəsində Tehranın təcrübələrindən istifadə Azərbaycanın inkişafına daha çox kömək edəcək.
Quliyev əlavə edib: Tehran və Bakının kənd təsərrüfatı sahəsindəki əməkdaşlıqlarının möhkəmlənməsi və genişlənməsi regionun kənd təsərrüfatına münasib təsir göstərəcəkdir.