Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı yeni detallar
May 19, 2016 19:55 Asia/Baku
-
Arif Məmmədov
Azərbaycanın "SilkWay" şirkətinə məxsus An-12 yük təyyarəsinin Əfqanıstanda maneəyə dəyərək qəzaya uğradığı açıqlanıb.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının rəisi Arif Məmmədov bu gün keçirdiyi brifinqdə bildirib.
Qeyd edək ki, mayın 18-də “SilkWay” şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.