May 26, 2016 19:09 Asia/Baku
  • Azərbaycan iqtisadiyyatını gözləyən
    Azərbaycan iqtisadiyyatını gözləyən "qara günlər"

Beynəlxalq "Moodys" statistika agentliyinin sədr müavini Mariya Malyukova Azərbaycan iqtisadiyyatı haqda deyib: Bu ölkənin bank sektoru son dərəcə ağır duruma malikdir və bu ölkədə problemli bank kreditlərinin həcmi 20%-ə çatıb. Bu rəqəmin 25%-ə qədər yüksələcəyi də proqnoz edilir.

Azadlıq qəzeti M.Malyukovaya istinadla yazır: Azərbaycan iqtisadiyyatı ümumilikdə eniş mərhələsinə daxil olub və qarşıdan gələn 12-18 ay ərzində bu ölkə iqtisadiyyatında müsbətə doğru dəyişiklik gözlənilmir. Həmçinin, Azərbaycanın öz iqtisadiyyatını yaxşılaşdırmaq üçün ölkələr və beynəlxalq banklardan kredit alması proqnoz edilir.

Azadlıq qəzeti həmçinin, yazır: Azərbaycan İngiltərədə kralicə Elizabetiin təmtəraqlı ad günü mərasiminin keçirilməsi üçün ciddi sponsorluq edib və xeyli miqdarda pul xərcləyib.

Teqlər