Qarabağda ön cəbhədə atəşkəsin pozulması halları artıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i220759-qarabağda_ön_cəbhədə_atəşkəsin_pozulması_halları_artıb
Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağda təmas xəttində atəşkəsə riayət olunması barəsində anlaşmadan sonra, anlaşmanın ilk günləri ilə müqayisədə atəşkəsin pozulma halları artıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2016 07:13 Asia/Baku
  • Qarabağda ön cəbhədə atəşkəsin pozulması halları artıb
    Qarabağda ön cəbhədə atəşkəsin pozulması halları artıb

Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağda təmas xəttində atəşkəsə riayət olunması barəsində anlaşmadan sonra, anlaşmanın ilk günləri ilə müqayisədə atəşkəsin pozulma halları artıb.

APA-nın məlumatına görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ictiai əlaqələr şöbəsi cümə günü bir bəyanatda bildirib: İlham Əliyev və Serj Sarkisyanın Vyana müzakirələrində Qarabağda atəşkəsə riayət olunması barəsində anlaşmasından sonra anlaşmanın ilk günləri ilə müqayisədə iki ölkə qüvvələri arasında qarşıdurmaların sayı artıb.

Bəyanatda bildirilir: Ötən həftə sutka ərzində Ermənistan tərəfindən atəşkəsin pozulması 17 dəfə idisə, bu say ötən gecə 30 dəfəyə artıb.

4 gün qarşıdurmadan sonra tərəflər arasında 6 apreldə atəşkəsin elan olunması ardınca, Bakı və İrəvan bir-birini atəşkəsi pozmaqda suçlayır.