İran və Azərbaycan R. rəsmiləri əlaqələrin möhkəmlənməsinə çalışırlar
https://azeri.sahartv.ir/news/azərbaycan-i227974-İran_və_azərbaycan_r._rəsmiləri_əlaqələrin_möhkəmlənməsinə_çalışırlar
İran və Azərbaycan Respublikasının birgə iqtisadi komissiyasının həmsədrləri İran prezidentinin Bakı səfəri ərəfəsində iki ölkə arasında imzalanmağa hazır olan sənədləri araşdırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 03, 2016 09:43 Asia/Baku
  • İran və Azərbaycan R. rəsmiləri əlaqələrin möhkəmlənməsinə çalışırlar
    İran və Azərbaycan R. rəsmiləri əlaqələrin möhkəmlənməsinə çalışırlar

İran və Azərbaycan Respublikasının birgə iqtisadi komissiyasının həmsədrləri İran prezidentinin Bakı səfəri ərəfəsində iki ölkə arasında imzalanmağa hazır olan sənədləri araşdırıblar.

Kənd təsərrüfatı və energetika ilə bağlı layihələr, hava nəqliyyatı, gömrük işlərində asanlaşdırma, əczaçılıq, avtomobilqayırma sənayesi və dəmiryolu layihəsinin təkmilləşdirilməsi daxil olmaqla iqtisadi, sənaye və mədəni sahələrdə İran və Azərbaycan Respublikasının həmkarlıqlarının genişləndirilməsi dünən İran və Azərbaycan Respublikasının birgə iqtisadi komissiyası həmsədrlərinin Bakıda keçirilən iclasının mövzularından olubdur.

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi dünən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və iqtisadiyyat naziri Şahin Mustafayev ilə görüşüb.

Azərbaycan Respublikası prezidenti İran prezidentinin qarşıdakı Bakı səfərindən razılıq edərək, prezidentlərin qarşılıqlı səfərlərini İran-Azərbaycan Respublikası əlaqələrinin yüksək səviyyəsi və fəal inkişafının nişanəsi adlandırıb.

Vaizinin Azərbaycan Respublikasının xarici işlər naziri ilə görüşündə dinc yanaşı yaşamaq, qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan Tehran-Bakı əlaqələrinin uğurlu inkişafından razılıq ifadə olunub.

İran və Azərbaycan Respublikasının birgə iqtisadi komissiyasının həmsədrləri iki ölkənin hazırkı əməkdaşlıqlarının səviyyəsini ötən 25 ildə misilsiz adlandırıblar. Ötən iki il yarım ərzində hər iki ölkəyə nazirlər və ondan yuxarı səviyyələrdə səksən səfər həyata keçirilib.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev həmçinin İran prezidentinin qarşıdakı Bakı səfərini olduqca mühüm tarixi hadisə adlandırıb və ölkəsinin İran ilə həmkarlıq səviyyəsini yüksəltməyə hazır olduğunu bildirib.