Azərbaycan Respublikasının xarici işlər naziri və İƏT-in baş katibi görüşüblər
Sen 12, 2016 14:38 Asia/Baku
Azərbaycan Respublikasının xarici işlər naziri və İslam Əməkdaşlığı Təşkilatının baş katibi Bakıda görüşüblər.
APA-nın məlumatına görə, İslam Əməkdaşlığı Təşkilatının baş katibi Əyad bin Əmin Mədəni bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə ikitərəfli həmkarlıqların artırılmasını vurğulayıb.
Elmar Məmmədyarov da bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan Respublikasının ərazi bütövlüyünə verdiyi dəstəklərə görə, İslam Əməkdaşlığı Təşkilatına təşəkkür edib.
Tərəflər həmçinin qarşılıqlı əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparıblar.