Azərbaycanın XİN başçısı QDQR-da hərbi təlimlərə etiraz edib
-
Azərbaycanın XİN başçısı QDQR-da hərbi təlimlərə etiraz edib
Azərbaycan Respublikasının xarici işlər naziri bu ölkənin işğal altında olan Qarabağ bölgəsində keçirilən hərbi təlimlərə etiraz edib.
Trend informasiya agentliyinin verdiyi məlumata görə, Elmar Məmmədyarov Nyu-Yorkda BMT-nin baş assambleyasının 71-ci sessiyasının kənarında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının baş katibi Lamberto Zanid ilə görüşündə Ermənistanın təcavüzkar siyasətlərinə etiraz əlaməti olaraq deyib: İrəvan özünün qeyri-qanuni rəftarı ilə qarşılıqlı çaxnaşmaları gücləndirmək və iki ölkə prezidentlərinin müzakirələrinin davam etdirilməsini əngəlləməyə çalışır.
Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının işğal altında olan Ağdam bölgəsində Ermənistan silahlı qüvvələrinin hərbi təlimlərinin 2-ci mərhələsinə start verildi. Ermənistan ordusunun bu təlimlərində müasir silahlar nümayiş etdirilib.
Azərbaycanın XİN-i çərşənbə axşamı günü də bir bəyanat yayaraq bildirmişdi ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan Ağdam şəhərində hərbi təlimlər keçirməkdə məqsədi Rəsmi bakını qıcıqlandırmaqdır.