ABŞ-dan Azərbaycana zərbə
https://azeri.sahartv.ir/news/azərbaycan-i237329-abŞ_dan_azərbaycana_zərbə
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hələlik şərait yaranmayıb". Bunu ABŞ-ın dövlət katibi Con Kerri deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 30, 2016 08:31 Asia/Baku
  • Con Kerri
    Con Kerri

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hələlik şərait yaranmayıb". Bunu ABŞ-ın dövlət katibi Con Kerri deyib.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, ABŞ-ın dövlət katibi Con Kerri Vaşinqtonda Aspen Elmi Tədqiqat İnstitutu və “Atlantik” həftəlik dərgisinin təşkil etdiyi 8-ci illik forumda deyib: “Müasir dünyada Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi bir neçə dondurulmuş münaqişə var ki, onların nizamlanması hazırda mümkünsüz görünür, çünki, hər şeydən əvvəl, liderlər buna hazır deyillər”, - deyə Kerri qeyd edib.

“Bununla belə, İsrail-Fələstin münaqişəsi bu tip münaqişələrə aid deyil”, - deyə ABŞ-ın dövlət katibi vurğulayıb.

Azərbaycanın dəstək gözlədiyi yəhudi lobbisi də süküta qapanıb.