TANAP layihəsi Azərbaycan Respublikası üçün önəmlidir
https://azeri.sahartv.ir/news/azərbaycan-i237788-tanap_layihəsi_azərbaycan_respublikası_üçün_önəmlidir
Azərbaycan Respublikası Yurddaş Partiyasının sədri TANAP qaz boru kəməri layihəsi icrasının qəbul olunmasını rəsmi Bakı üçün böyük uğur adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 02, 2016 16:27 Asia/Baku
  • TANAP layihəsi Azərbaycan Respublikası üçün önəmlidir
    TANAP layihəsi Azərbaycan Respublikası üçün önəmlidir

Azərbaycan Respublikası Yurddaş Partiyasının sədri TANAP qaz boru kəməri layihəsi icrasının qəbul olunmasını rəsmi Bakı üçün böyük uğur adlandırıb.

Mais Səfərli Səhər beynəlxalq telekanalının azəri kanalı ilə müsahibədə Azərbaycan Respublikasının Milli Məclisində TANAP qaz boru kəməri layihəsi icrasının qəbul olunmasına toxunaraq, deyib: Bu layihə siyasi və iqtisadi baxımdan Azərbaycan Respublikası üçün son dərəcə önəmlidir.

Səfərli vurğulayıb ki, bu layihə Türkiyə və Azərbaycan Respublikasından əlavə, öz neft və qazlarını bu ölkədən təmin edən ölkələrin də xeyrinədir. O, əlavə edib: TANAP layihəsi həm təhlükəsizlik, həm də neft və qazın sürətlə dünya bazarlarına nəqli cəhətdən olduqca qənaətbəxş və münasibdir.

Ötən cümə günü Azərbaycan Respublikası Milli Məclisinin üzvləri TANAP qaz boru kəməri layihəsini qəbul etdilər.