Rəhmani-Fəzlinin Azərbaycan R-dakı görüşləri
https://azeri.sahartv.ir/news/azərbaycan-i237941-rəhmani_fəzlinin_azərbaycan_r_dakı_görüşləri
İranın daxili işlər naziri Əbdürreza Rəhmani-Fəzli dünən Azərbaycan Respublikası rəsmiləri ilə görüşlərinin davamında bu ölkənin dövlət təhlükəsizlik xidmətinin rəisi və fövqəladə hallar naziri ilə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 04, 2016 06:10 Asia/Baku
  • Rəhmani-Fəzlinin Azərbaycan R-dakı görüşləri
    Rəhmani-Fəzlinin Azərbaycan R-dakı görüşləri

İranın daxili işlər naziri Əbdürreza Rəhmani-Fəzli dünən Azərbaycan Respublikası rəsmiləri ilə görüşlərinin davamında bu ölkənin dövlət təhlükəsizlik xidmətinin rəisi və fövqəladə hallar naziri ilə görüşüb.

IRIB-nin məlumatına görə, Rəhmani-Fəzlinin Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşündə iki ölkənin ortaq təbii şəraitinə əsasən, hadisələrlə üzləşmədə iki ölkənin əməkdaşlıq sahələri araşdırılıb.

Azərbaycan Respublikasının fövqəladə hallar naziri deyib: Qərara alındı ki, İranla birgə quru, hava və dəniz manevrləri keçirək və qarşılıqlı təcrübə mübadiləsi aparaq.

Rəhmani-Fəzli də böhranla bağlı məsələlər barədə iki ölkə arasında razılaşmanın olmasına toxunaraq, deyib: Bu razılaşma çərçivəsində biz təlim kurslarının keçirilməsi, təcrübələr mübadiləsi və manevrlərin keçirilməsi sahəsindəki əməkdaşlıqları genişləndirə bilərik.

O, əlavə edib: Böhran şəraitində həmkarlıqların genişlənməsi yanğın, zəlzələ və sel kimi hadisələrin nəticələrinə nəzarət sahəsində ölkələrin imkanlarının təmərküzləşməsilə son dərəcə təsirli ola bilər.

İranın daxili işlər naziri Bakı səfərinin davamında dünən Azərbaycan Respublikasının dövlət təhlükəsizlik xidmətinin rəisi ilə görüşüb. Bu görüşdə iki tərəf təhlükəsizlik, nizam-intizam və kəşfiyyat sahələrində həmkarlıqların inkişafına təikd edib.