Naxçıvan-Məşhəd dəmiryolu tezliklə istifadəyə veriləcək
https://azeri.sahartv.ir/news/azərbaycan-i241922-naxçıvan_məşhəd_dəmiryolu_tezliklə_istifadəyə_veriləcək
İranın Bakıdakı səfiri Naxçıvan-Təbriz-Məşhəd dəmiryolunun qarşıdakı üç həftəyədək açılacağından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 25, 2016 12:10 Asia/Baku
  • Naxçıvan-Məşhəd dəmiryolu tezliklə istifadəyə veriləcək
    Naxçıvan-Məşhəd dəmiryolu tezliklə istifadəyə veriləcək

İranın Bakıdakı səfiri Naxçıvan-Təbriz-Məşhəd dəmiryolunun qarşıdakı üç həftəyədək açılacağından xəbər verib.

Cavad Cahangirzadə IRIB-nin Bakı ofisi ilə eksklüziv müsahibədə deyib: Bu dəmiyolunun istifadəyə verilməsi İran-Azərbaycan Respublikası münasibətlərinin genişləndirilməsi istiqamətindədir ki, ümidvarıq, bu işlərin görülməsilə iki ölkə arasındakı münasibət və mübadilələr günbəgün genişlənəcək.

Cahangirzadə həmçinin Azərbaycan Respublikası xalqının İmam Rza(ə)-a olan məhəbbətin, eləcə də iki ölkə arasındakı tarixi və mənəvi maraqların qarşılıqlı münasibətlərin, həmçinin iki ölkə arasında turizm və rabitənin genişlənməsinə səbəb olacağını bildirib.

Qeyd olunan dəmiyolunun işə salınması layihəsi cari ilin aprelində İran və Azərbaycan Respublikasının dəmiryolu rəsmilərinin Təbrizdə keçirilən birgə ekspert iclasında yekunlaşdırıldı. Bu layihədə məqsəd, qarşılıqlı münasibətlərin inkişafı və turizm sahəsində şəraitin asanlaşdırılmasıdır.