Azərbaycan prezidenti: “Neftin qiymətindən asılılığımızı azaltmışıq”
Okt 26, 2016 08:12 Asia/Baku
-
Azərbaycan-Xorvatiya prezidentləri
“ Azərbaycan iqtisadiyyatı şaxələndirmə siyasəti həyata keçirir”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda çıxışında deyib.
İlham Əliyev bildirib ki, Azərbaycanın builki dövlət büdcəsində neftin qiyməti 25 dollar təsbit olunub: “Bu gün neftin qiyməti artıq 2 dəfə bahadır. Düşünürəm ki, biz bu vəziyyətdən minimal zərərlə çıxacağıq. Azərbaycan iqtisadiyyatı şaxələndirmə siyasəti həyata keçirir. Neftin qiymətlərindən asılılığımızı azaltmışıq və bunun sayəsində neft Azərbaycanın ümumdaxili məhsulunun 33 faizini təşkil edir”.
Teqlər