Tramp, ABŞ-ın keçmiş başçılarının yolunun davamçısı
https://azeri.sahartv.ir/news/azərbaycan-i244814-tramp_abŞ_ın_keçmiş_başçılarının_yolunun_davamçısı
Azərbaycan Respublikasında "Tarixi Şəxsiyyətlər" jurnalının baş redaktoru Donald Trampın Amerika prezident seçkilərində qələbə qazanmasını siyasi bir hadisə adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 10, 2016 14:00 Asia/Baku
  • Tramp, ABŞ-ın keçmiş başçılarının yolunun davamçısı
    Tramp, ABŞ-ın keçmiş başçılarının yolunun davamçısı

Azərbaycan Respublikasında "Tarixi Şəxsiyyətlər" jurnalının baş redaktoru Donald Trampın Amerika prezident seçkilərində qələbə qazanmasını siyasi bir hadisə adlandırıb.

Hacı Xəlil Qaraəhmədov bu gün Səhər telekanalının azəri kanalı ilə müsahibədə vurğulayıb ki. amerikalılar etimadediləsi deyillər və böyük ehtimala qarşı, onların öncə diktə edilmiş siyasətləri Tramp dövründə də davam edəcək.

Qaraəhmədov Amerikanın ekspansianist və militarist siyasətlərini dünyadakı əmin-amansızlıq və səbatsızlığın əsas amili adlandırıb.

Donald Tramp çərşənbə axşamı günü keçirilən 58-ci Amerika prezident seçkilərində öz demokrat rəqibi Hillari Klintonun 218 elektral səsi qarşılığında Seçicilər Kollegiyasının 289 səsini əldə edərək, Amerikanın 45-ci prezidenti ola bildi.