Rusiya XİN sözçüsü Qarabağın adının dəyişdirilməsinə münasibət bildirib
https://azeri.sahartv.ir/news/azərbaycan-i244832-rusiya_xİn_sözçüsü_qarabağın_adının_dəyişdirilməsinə_münasibət_bildirib
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Qarabağ münaqişəsi qarşısında Moskvanın siyasətlərinin sabitliyini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 10, 2016 16:14 Asia/Baku
  • Rusiya XİN sözçüsü Qarabağın adının dəyişdirilməsinə münasibət bildirib
    Rusiya XİN sözçüsü Qarabağın adının dəyişdirilməsinə münasibət bildirib

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Qarabağ münaqişəsi qarşısında Moskvanın siyasətlərinin sabitliyini vurğulayıb.

Mariya Zaxarova bu gün APA ilə müsahibədə deyib ki, Qarabağın adının dəyişdirilməsi məsələsinin qaldırılması Rusiyanın bu məntəqə ilə bağlı mövqeyini dəyişməyəcək.

Mariya Zaxarova əlavə edib: Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Qarabağı müstəqil bir dövlət kimi rəsmən tanımaycaq.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Almaniyanın Hamburq şəhərində keçiriləcək qarşıdakı iclasının kənarında Azərbaycan Respublikası və Ermənistan xarici işlər nazirlərinin görüşünə təkid edib.

Qeyd edək ki, Ermənistan Dağlıq Qarabağ məntəqəsinin adını "Artsax Respublikası"na dəyişmək qərarındadır.

Azərbaycan Respublikasının qənaətincə, İrəvan ümumi fikri Qarabağ münaqişəsi məsələsindən yayındırmaq üçün bu məntəqənin adının dəyişdirilməsinə  təkid edir.