Noy 16, 2016 20:21 Asia/Baku
  • Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi
    Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi

Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi çərçivəsində “Xəbər istehlakının gələcəyi” mövzusunda  sessiya keçirilib. 

Sessiya bu gün dünyanın ən əsas xəbər agentliklərinin rəhbərləri və mediya üzrə mütəxəssislərin həmçinin BMT eləcə də UNESCO-nun rəsmilərinin iştirakı ilə Bakının Heydər Əliyev mərkəzində " xəbər agentliklərinin qarşısında duran problemlər" mövzusunda öz işinə başlayıb. 

Xəbərin yayılmasının gələcəyi, xəbər agentliklərinin fəaliyyətlərində müasir texnologiyadan istifadə, agentliklərin yenilikləri, jurnalistlərin multi-mediya təlimatları, jurnalistika missiiyasının mühafizəsi, sərbəst informasiya dövriyyəsinin təmini, münaqişəli zonalarda jurnalistlərin təhlükəsizliyi və fəaliyyətinin təmini konqresin gündəmində duran əsas mövzulardan ibarətdir. 

 Dünya Xəbər Agentliklərinin V Konqresi və Asiya və Okeaniya xəbər agentlikləri təşkilatının(AVANA) 16-cı ümumi sessiyasının açılış mərasimində Azərbaycan Respublikası prezidenti etdiyi çıxışında azad mətbuat və doğru-durust informasiya fəaliyyətinin məqsədə uyğun olduğunu bildirərək konqresdə dünyanın mediya məsələləri ilə əlaqədar ən önəmli mövzuların araşdırılacağına ümidvar olduğunu bildirib. 

İran İslam Respublikasından bu tədbirə İRNA-nın direktoru qatılıb, o da tədbirdə nitq söyləyəcək. 

Azərbaycan Respublikası prezidenti İlham Əliyev mediya əməkdaşlıqlarının xüsusiylə xəbər agentlikləri arasında daha da genişləndirilməsinə təkid edərək bunun dövlətlər üçün effekti nəticələrə gətirib çıxaracağını bildirib. 

Mərasimdə həmçinin UNESCO-nun baş katibi İrina Bokovanın müraciəti video bağlantı ilə iştirakçılara təqdim olunub. 

 UNESCO-nun baş katibi  öz müraciətində informasiyanın doğru-düzgün çatdırılmsına təkid edib və bu sahədə modern informasiya texnologiyalarından istifadənin zəruliyini vurğulayıb. 

3 gün davam edəcək Konqresin kənarında Xəbər, şənliklər və idman mövzularında xəbər agentliklərinin 600 fotoşəkillərindən ibarət foto albumun təqdimatı olacaq.

Bu konqresin keçirilməsi ilə eyni zamanda AVANA-nın ümumi sessiyası da 40 xəbər agentliyinin iştirakı ilə keçirilir.  

 

 

Teqlər