İranın rabitə və informasiya texnologiyalar naziri Azərbaycanın fövqəladə hallar naziri ilə görüşüb
-
Mahmud Vaizi
İran İslam Respublikasının rabitə və informasiya texnologiyalar naziri bu gün Azərbaycan Respublikasının fövqəladə hallar naziri ilə görüşərək danışıqlar aparıb.
İRİB-in Bakıdakı nümayəndəliyinin məlumatına görə, Mahmud Vaizi bu görüşdə iki ölkənin dini, mədəni və tarixi ortaqlıqlarına toxunaraq deyib: İran və Azərbaycan xalqları o dərəcədə dərin bağlılığa malikdirlər ki, iki tərəfin əlaqələrinin genişləndirilməsində bu böyük sərmayəni görməməzliyə vurmaq olmaz.
İki tərəf prezidentlərinin davamlı görüşləri, həmçinin iqtisadi müştərək komissiyalar çərçivəsində iki ölkənin anlaşmaları, ötən ilin oxşar dövrü ilə müqayisədə bu ildə iki ölkənin ticarət dövriyyəsinin 75% artmasına toxunan iranlı nazir əlavə edib: Əlaqələrin inkişafı təyin olunan yol xəritəsinə əsasən yaxşı şəkildə irəliləyir və əməkdaşlıq sahələrini genişləndirməkdə maraqlıyıq.
İki tərəfin ehtiyac duyduğu məhsulların müəyyənləşməsi və siyahıya alınması və onların rüsumlarının azaldılması yolu ilə idxalı və ixracı üçün iki ölkə iş adamlarının marağına şəraitin yaradılmasına toxunan Vaizinin sözlərinə görə, bu sahədə bir-birimizlə əməkdaşlıq etməklə üçüncü ölkələrə də məhsul ixrac edə bilərik.
Müştərək İqtisadiyyat Komissiyasının iranlı həmsədri həmçinin iki tərəfin qonşuluğunu nəzərə alaraq təbii fəlakətlərlə mübarizədə iki ölkənin təcrübələrindən istifadəni diqqət mərkəzində saxlayıb və ötən anlaşmaların izlənilməsini vurğulayıb və deyib: Biz bu sahədə istənilən əməkdaşlıq və təcrübənin nəql olunmasına hazırıq.
Azərbaycan Respublikası fövqəladə hallar naziri Kəmaləddin Heydərov da bu görüşdə Azərbaycanın bəzi məhsulların gömrük rüsumlarının azaldılmasının izlənilməsinə hazır olduğunu bildirib və deyib: İran İslam Respublikasının kənd təsərrüfatı məhsullarının istehsalı, həmçinin bu sahədə texnologiyadan istifadə üzrə yüksək potensialını nəzərə alaraq qlobal səviyyədə əkin sahəsində lazımi məharətlərdən istifadə edərək regionun ehtiyaclarının əsas hissəsini təmin etmək olar.
İki ölkənin neft və neft-kimya sənayesi sahəsində ortaq investisiyaları, maşınqayırma və əczaçılıq zavodlarının inşasını çox önəmli adlandıran fövqəladə hallar naziri deyib: Fövqəladə hallarla mübarizə sahəsində də təbii fəlakətlərə nəzarət mərkəzinin yaradılması, heyətin ezam olunması və təcrübələrin mübadilə olunmasına hazırıq.
Bu iclasın sonunda iranlı nazir Azərbaycanın fövqəladə hallara nəzarət mərkəzinin imkanları ilə tanış olub.