Ərdəbillilər Netanyahonun Bakı səfərinə etiraz ediblər
Sionist rejimin baş nazirinin Azərbaycan Respublikasına gözlənilən səfərinə etiraz əlaməti olaraq ərdəbilli nama qılanlar bu gün cümə namazı mərasimindən sonra Ərdəbilin müsəlla meydanında aksiya keçiriblər.
Aksiya iştirakçıları " Amerikaya ölüm", " İsrailə ölüm", " Netanyahoya ölüm" və " Heyhat minnəzzillə" şuarları səsləndirərək Azərbaycan Respublikası rəhbərlərinə sionistlərin bu kimi səfərlərinin sadəcə islam dünyasında təfriqə salmaq niyyəti güddüyünü bildirmək istəyiblər.
Aksiyanın sonunda oxunan bəyanatda deyilir: Məzlum Fələstin xalqının və fələstinli müsəlmanların qatili olan qəsbkar sionist rejimin baş nazirinin mənfur və anti-bəşəri simaya malik olduğunu nəzərə alaraq Azərbaycan Respublikası rəhbərliyindən onun bu ölkəyə səfərini ləğv etməsini və Azərbaycanın müsəlman xalqını narahat etməməsini istəyirik.
Bəyanatda deyilir: Mənfur sionist rejimin baş nazirinin Bakı səfəri müsəlmanlar arasında təfriqə salmaq məqsədi ilə həyata keçirilir və Azərbaycan Respublikasının səfirliyinin Təl-Əvivdə açılması məqsədini güdür. Biz bildiririk ki, sionist rejim ilə əlaqələrin genişləndirilməsi islam dünyası və Azərbaycan respublikasının müsəlman xalqının etirazlarına səbəb olacaq.