Türkiyənin Azərbaycandan enerji idxalı azalıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i258733-türkiyənin_azərbaycandan_enerji_idxalı_azalıb
Azərbaycan Respublikası Energetika Nazirliyi 2016-cı ildə Türkiyənin bu ölkədən enerji idxalatının 34 faiz azalmanın şahidi olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 03, 2017 16:53 Asia/Baku
  • Türkiyənin Azərbaycandan enerji idxalı azalıb
    Türkiyənin Azərbaycandan enerji idxalı azalıb

Azərbaycan Respublikası Energetika Nazirliyi 2016-cı ildə Türkiyənin bu ölkədən enerji idxalatının 34 faiz azalmanın şahidi olduğunu bildirib.

APA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikası Energetika Nazirliyi bildirib ki, 2016-cı ildə Türkiyənin Azərbaycandan enerji idxalatının dəyəri 213 milyon dollar təşkil edib ki 2015-ci illə müqayisədə 34 faiz azalmanı göstərir. 

Bunun səbəbi Türkiyənin bərpa olunan enerji növlərindən istifadəyə üz tutmasıdır. Türkiyənin Azərbaycandan enerji idxalatı əsasən neft və qazdan ibarətdir. 

Türkiyənin günəş, külək və su enerjisi  eləcə də zibilin yenidən bərpası layihələrinə 2020-ci ilədək 47 milyard dollar sərmayə qoyulmasında israrlı olduğu deyilir.