Azərbaycan R-da İŞİD üzvlərinə ağır hökm
Bakı Ağır Cinayətlər Məhkəməsi iki İŞİD üzvünü uzunmüddətli həbsə məhkum edib.
Fakt-Xəbər-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsi Mahir Musayev və Şükür Babaeyev adında iki İŞİD üzvünü müfaviq olaraq, 15 və 11 illik həbsə məhkum edib.
Mahir Musayev Suriyada İŞİD-ə qoşulduqdan sonra öz həyat yoldaşını da Türkiyə vasitəsilə Suriyaya köçürdü.
Azərbaycan Respublikasında mənfur vəhhabilik firqəsinin fəaliyyətinin artması ilə bu firqənin hərbi qolu, yəni terrorçu İŞİD qrupu həmin ölkədə öz fəaliyyətini artırıbdır.
Suriya və İraqda bir neçə şəhərin terrorçu İŞİD qrupu tərəfindən ələ keçirilməsindən sonra elan olundu ki, onların arasında yüzlərlə Azərbaycan Respublikası vətəndaşı da olub və onların bir çoxu da öldürülübdür.
Suriya dövlət qüvvələrinə qarşı hərbi döyüşlərdə iştirak etmiş bu iki İŞİD-çi ötən il Azərbaycan Respublikasına qayıtdıqdan sonra bu ölkənin təhlükəsizlik qüvvələri tərəfindən həbs olundu.