Azərbaycan Milli Məclisinin deputatı Qarabağ münaqişəsi haqda Lavrov planına qarşı çıxıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i258929-azərbaycan_milli_məclisinin_deputatı_qarabağ_münaqişəsi_haqda_lavrov_planına_qarşı_çıxıb
Azərbaycan Respublikası parlamentinin deputatı Zahid Oruc Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Rusiya xarici işlər naziri Sergey Lavrovun planına qarşı çıxıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 05, 2017 14:31 Asia/Baku
  • Azərbaycan Milli Məclisinin deputatı Qarabağ münaqişəsi haqda Lavrov planına qarşı çıxıb
    Azərbaycan Milli Məclisinin deputatı Qarabağ münaqişəsi haqda Lavrov planına qarşı çıxıb

Azərbaycan Respublikası parlamentinin deputatı Zahid Oruc Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Rusiya xarici işlər naziri Sergey Lavrovun planına qarşı çıxıb.

İRİB-in məlumatına görə, Zahid Oruc deyib: Qarabağ münaqişəsi haqda Lavrov planı Ermənistana manevr imkanı vermək, Azərbaycan ərazilərinin işğalı ilə barışmaq, 1990-cı illərdəki kimi Qarabağda separatçıları gücləndirmək və yaxud bu bölgədə yeni erməni hökuməti yaratmaqdan ibarətdir. Bu qəbuledilməzdir.

Zahid Orucun sözlərinə görə, bu plan təhlükəli ssenari və ikibaşlı çomaqdır. Növbəti Qarabağ müzakirələrinin müəyyən məsələ üzərində aparılmasına heç bir etimad yoxdur. Qarabağ sülh müzakirələri praktiki olaraq ötən yeddi ay ərzində dayanmışdır.

Zahid Oruc bildirib: Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla da son görüşü faydalı olmamışdır.