Azərbaycan "DQR"-da referendumun keçirilməsi haqda bəyanat verib
https://azeri.sahartv.ir/news/azərbaycan-i259842-azərbaycan_dqr_da_referendumun_keçirilməsi_haqda_bəyanat_verib
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bir bəyanatda qondarma Dağlıq Qarabağ Respublikasında referendumun keçirilməsini qeyri-qanuni adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 15, 2017 08:07 Asia/Baku
  • Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi
    Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bir bəyanatda qondarma Dağlıq Qarabağ Respublikasında referendumun keçirilməsini qeyri-qanuni adlandırıb.

Trend İnformasiya Agentliyinin məlumatına görə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatında həmçinin bildirilib: Qarabağın Azərbaycanın ərazi olduğuna və Ermənistan ordusu qüvvələri tərəfindən işğal edildiyinə görə, istənilən referendum və seçkilərin keçirilməsi Azərbaycan Respublikasının qanunları ilə ziddiyyətdədir. 

Bu bəyanatda əlavə olunur: Bütün bu hərəkətlər Ermənistanın silahlı münaqişənin siyasi həllində həqiqətən maraqlı olmadığını və status-kvonu möhkəmləndirmək üçün davamlı addımlar atdığını göstərir. 

Azərbaycan XİN həmçinin beynəlxalq dairələrdən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün konstruktiv addımlar atmasını istəyib. 

Qeyd edək ki, Ermənistan Kütləvi İnformasiya Vasitələri 20 fevralda "DQR"-da konstitusiyaya islahat üzrə referendumun keçiriləcəyini bildiriblər.