Təmas xəttində bir Azərbaycan əsgəri şəhid olub
Fev 28, 2017 11:41 Asia/Baku
-
Təmas xəttində bir Azərbaycan əsgəri şəhid olub
Azərbaycan Respublikasının bir əsgəri təmas xəttində baş verən toqquşmalarda şəhid olub.
İRİB-in Bakıdan verdiyi məlumata görə, Azərbaycan mediaları bildiriblər ki, bu ölkə ordusunun bir əsgəri təmas xəttində atəşkəsin pozulması nəticəsində aldığı yaralardan dünyasını dəyişib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi sözü gedən əsgərin şəhadəti münasibəti ilə onun ailəsinə başsağlığı verib.
Bir neçə gündür ki, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərgindir və bunun nəticəsində Azərbaycan Müdafiə Nazirliyinin bildirdiyinə görə fevralın 24-25-də baş verən toqquşmalarda 5 Azərbaycan əsgəri həyatını itirib.