NATO-nun baş katibi Qarabağ münaqişəsinin həlli yolundan danışıb
-
NATO-nun baş katibi Qarabağ münaqişəsinin həlli yolundan danışıb
Şimali Atlantika Müqaviləsi Təşkilatı NATO-nun baş katibi Azərbaycan Respublikası və Ermənistanı qarşılıqlı hörmətə və Qarabağ münaqişəsinin həlli üçün toqquşmaları məhdudlaşdırmağa çağırıb.
Trend xəbər agentliyinin verdiyi məlumata görə, NATO-nun baş katibi Yens Stoltenberq deyib: Münaqişənin dinc yolla həll edilməsi NATO-ya üzv olan bütün ölkələrin NATO-nun sülh naminə tərəfdaşlıq proqramına qoşularkən öz üzərlərinə götürdükləri ən əsas öhdəliklərdən biridir, məhz buna görə də Azərbaycan və Ermənistan Qarabağ münaqişəsinin həlli üçün öz öhdəliklərinə sadiq qalmalıdırlar.
Yens Stoltenberq deyib: NATO Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı(ATƏT) Minsk qrupunun Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həlli istiqamətindəki səylərini dəstəkləyir.
NATO-nun baş katibi dünən Brüsseldə Ermənistanın prezidenti Serj Serkisiyan ilə görüşündən sonra deyib: Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur, məhz buna görə də, Azərbaycan və Ermənistandan müzakirə masası arxasına qayıtmaları və bu münaqişənin dinc yolla həlli çərçivəsində səylərini davam etdirmələrini istəyirik.