Azərbaycan R. Bakının Qarabağ münaqişəsi qarşısındakı mövqeyinin davam etməsini vurğulayıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i267380-azərbaycan_r._bakının_qarabağ_münaqişəsi_qarşısındakı_mövqeyinin_davam_etməsini_vurğulayıb
Azərbaycan Respublikasının xarici işlər naziri Bakının Qarabağ münaqişəsinin həlli barədəki mövqeyinin dəyişmədiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 28, 2017 11:14 Asia/Baku
  • Azərbaycan R. Bakının Qarabağ münaqişəsi qarşısındakı mövqeyinin davam etməsini vurğulayıb

Azərbaycan Respublikasının xarici işlər naziri Bakının Qarabağ münaqişəsinin həlli barədəki mövqeyinin dəyişmədiyini bildirib.

Riport saytının məlumatına görə, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Moskva səfəri ərəfəsində deyib ki, Azərbaycan Respublikası hökuməti Ermənistanın Qarabağ münaqişəsinin həlli üzrə üçtərəfli müzakirələrdə siyasi iradə göstərməsini gözləyir.

O, Azərbaycan Respublikası və Ermənistan xarici işlər nazirləri arasındakı müzakirələrin Rusiyanın ahəngdarlığı əsasında keçirildiyini nəzərə çatdıraraq, deyib: Moskvanın bu müzakirələrdəki rolu yalnız vasitəçilik mahiyyəti daşıyır və bunun müzakirələrin gedişinə heç bir təsiri yoxdur.

Azərbaycan Respublikası rəsmisinin ümidvarlıq etməsi elə bir haldadır ki, Ermənistanın Xarici İşlər Nazirliyi çərşənbə günü bildirdi ki, bu ölkə nümayəndəsinin Azərbaycan Respublikası və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrovla görüşə hazır olmaması səbəbindən üçtərəfli Moskva müzakirələri keçirilməyəcək.

Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan da deyibdir ki, bu müzakirələrin keçirilməsi haqda bu ölkə hökuməti nəticəyə çatmayıb; buna görə, Moskvaya səfər etmək niyyətində deyildir.

Azərbaycan Respublikası və Ermənistan arasında münaqişə 1988-ci ildə başlandı və 1992-ci ildə hərbi qarşıdurmaya çevrildi.

1994-cü ilin mayında iki münaqişə tərəfi arasında atəşkəs rejimi bərqərar edildi, lakin ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin həlli üzrə vasitəçiliyi indiyədək heç bir nəticə verməyibdir.