Azərbaycan R-da dini kitablar yığışdırılır
https://azeri.sahartv.ir/news/azərbaycan-i267402-azərbaycan_r_da_dini_kitablar_yığışdırılır
Azərbaycan Respublikasının daxili işlər nazirliyi Gəncədə lisenziyasız dini kitabların müsadirə olunmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 28, 2017 15:26 Asia/Baku
  • Azərbaycan R-da dini kitablar yığışdırılır

Azərbaycan Respublikasının daxili işlər nazirliyi Gəncədə lisenziyasız dini kitabların müsadirə olunmasından xəbər verib.

Daxil olan məlumata görə, Azərbaycan Respublikası daxili işlər nazirliyinin polis məmurlarının keçirdikləri əməliyyatda 58 cild dini kitab, müxtəlif dini kompüter proqramı və bəzi digər təbliğat vəsaitləri müsadirə olunub.

Deyilənlərə görə, Azərbaycan Respublikası hökuməti son vaxtlar bu ölkədə islami qrupları yatırmaq üçün dini kitab, foto-şəkil, film, müxtəlif dini kompüter proqramı və bəzi digər təbliğat vəsaitlərinin müsadirə edilməsini öz iş gündəmində yerləşdiribdir.