May 30, 2017 09:03 Asia/Baku
  • İran-AR əməkdaşlıqlarının inkişafı vurğulanıb
    İran-AR əməkdaşlıqlarının inkişafı vurğulanıb

İran İslam Respublikası və Azərbaycan Respublikasının prezidentləri iki ölkə əməkdaşlıqlarının inkişafını vurğulayıblar.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bazar ertəsi günü Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə telefon əlaqəsi saxlayaraq, turizm, ticarət, nəqliyyat, investisiya və energetika sahələrində Tehran-Bakı əlaqələrinin gücləndirilməsi və genişləndirilməsi fürsətlərinə işarə edib və belə deyib: İki xalqın dərin ortaqlıqlarının kənarında iki hökumətin möhkəm iradəsi Tehran-Bakı əlaqələrinin gücləndirilməsi və genişləndirilməsi üçün möhkəm dayaqlar yaradıbdır.

"İki ölkə arasında mədəni, ticari, iqtisadi və siyasi həmkarlıqların genişləndirilməsi üçün heç bir məhdudiyyət mövcud deyil" deyən Həsən Ruhani vurğulayıb ki, müştərək razılaşmaların sürətli icrası ikitərəfli və regional əməkdaşlıqlar səviyyəsini daha da yüksəldə bilər.

İran İslam Respublikasının prezidenti islam ölkələri arasında daha artıq vəhdətin yaradılması, eləcə də terrorizm və ekstremizm ilə mübarizə üçün ümumi səyin vacibliyini vurğulayıb.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də bu telefon əlaqəsində iki ölkə arasındakı əlaqələrin son illərdəki inkişafına işarə edərək, deyib: İki ölkə arasındakı bütün razılaşmaların icrası zəruridir və o, iki ölkə arasındakı razılaşmalar və layihələrin inkişaf etdirilməsinin sürətləndirilməsi barədə lazımi göstərişlər veribdir və tezliklə Rəşt-Astara dəmiryolu barədə müqavilə imzalanacaq və yekunlaşdırılacaqdır.

Azərbaycan Respublikasının prezidenti həmçinin iki ölkənin regional əməkdaşlıqlarının gücləndirilməsi zərurətini vurğulayaraq, deyibdir ki, onun ölkəsi terrorizm, ekstremizm və zorakılıqla birgə mübarizə, eləcə də regional sabitlik və təhlükəsizlik sahəsində Tehranla əməkdaşlıqları gücləndirmək istəyir.

Teqlər