İranın iştirakı ilə Azərbaycanda Neft-Qaz Beynəlxalq sərgisi işə başlayıb
Azərbaycanda XXIV Beynəlxalq "Xəzər Neft-Qaz 2017" sərgisi dünyanın müxtəlif şirkətləri, o cümlədən İranın Milli Qaz Şirkətinin iştirakı ilə start götürüb.
İRİB-in Bakıdakı ofisinin məlumatına görə, bu sərgi 30 ölkədən 290-dan çox şirkətin iştirakı ilə keçirilir. Və sərgidə dünyanın neft və qaz sektorunda aktiv şirkətlər öz potensiallarının 402 pavilyonda əks etdirirlər.
Şirkətlər sərgidə neft hasilatı, enerji daşıyıcılarının nəqli, neft-qaz saxlama sistemlərinin təmin edilməsi, habelə platformalar və üzən qazma qurğuları, eləcə də boruların çəkilməsi və boru xətlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi ilə yanaşı, texniki qulluq xidmətləri üzrə avadanlıqlar, xidmətlər və innovativ texnologiyaların geniş çeşidini təqdim edirlər. Bir sıra ekspozisiyalar yanacağın təmizlənməsi və xammaldan istifadə üçün hazır məhsulların istehsalı üzrə texnologiyalara həsr olunub. Sərgidə böyük sahəni kimya sənayesi üçün xammal təklif edən şirkətlər tutur.
İran İslam Respublikasından da Milli Qaz Şirkəti bu sərgidə iştirak edir və açılış mərasimindən sonra Azərbaycan prezidenti İran pavilyonunda olub.
Azərbaycan prezident İlham Əliyev bu sərginin açılış mərasimində dünyanın etibarlı şirkətlərinin iştirakı ilə bu sərginin keçirilməsini neft və qaz sektorunda önəmli hadisə adlandırıb: Hazırda Azərbaycanla xarici investorlar arasında çox yaxşı əlaqələr və əməkdaşlıqlar qurulub.
Neft gəlirləri ilə qeyri-neft iqtisadiyyatının inkişafını qeyd edən Azərbaycan prezidenti neft və qaz sahəsində önəmli layihələrin icrasını açıqlayıb: Şahdəniz qaz yatağının ikinci mərhələsi 93% və Azərbaycanın təbii qazını Avropaya nəql etmək üçün cənub qaz layihəsi 85% irəliləyiş edib.
İran İslam Respublikasının Qaza Nəzarət Mərkəzi Əməliyyatının direktoru Əli Şahkərəmi də İRİB müxbiri ilə müsahibədə bu sərgidə İranın Milli Qaz Şirkətinin iştirakının məqsədini qonşu ölkələrlə dostluğu elan etmək və İran İslam Respublikasının dünyanın ən çox qaz ehtiyatına malik ölkə olaraq qonşu ölkələr və Avropa ölkələrinə qaz ixrac etməyə qadir olduğunu bildirmək adlandırıb.
İranın Qaz Nəqli Şirkətinin Texniki Araşdırma üzrə direktoru Hüseyn Əbdi də bu sərgini region səviyyəsində bir böyük enerji müəssisəsi adlandırıb: Biz bu sərgidə iştirakımızla fürsətlərdən istifadə etmək istəyirik və yeni hökumətdə yaradılan şəraitlərdən əməkdaşlıqları genişləndirmək istiqamətində təkliflər vermək üçün istifadə edirik.
O əlavə edib: Bizi əməkdaşlıqların inkişafı üçün verdiyimiz təkflilər müsbət qarşılanıb və onun bir nümunəsi Azərbaycanın SOCAR Şirkətidir. Müxtəlif bölgələrə bizim qaz ixracatımızın finans işlərini təklif edib, bu məsələ Neft Nazirliyində müsbət qarşılanıb və araşdırılmaqdadır.
Qeyd edək ki, bu 4 günlük sərgidə dünyanın mötəbər şirkətlərinin iştirakını nəzərə alaraq, digər ölkələrlə əməkdaşlıqların inkişafı və neft-qaz sahəsində İranın potensiallarının təqdim olunması üçün münasib fürsətdir.