Əfqan Muxtarlı barəsində 3 ay həbs qərarı verildi
https://azeri.sahartv.ir/news/azərbaycan-i271400-Əfqan_muxtarlı_barəsində_3_ay_həbs_qərarı_verildi
Azərbaycanlı jurnalist Əfqan Muxtarlı haqqında ilkin istintaq dövrü üçün üç aylıq həbs-qətimkan tədbiri seçildi. Bu barədə mayın 31-də Səbail rayon məhkəməsində qərar çıxarılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 01, 2017 14:15 Asia/Baku
  • 
Əfqan Muxtarlı barəsində 3 ay həbs qərarı verildi
    Əfqan Muxtarlı barəsində 3 ay həbs qərarı verildi

Azərbaycanlı jurnalist Əfqan Muxtarlı haqqında ilkin istintaq dövrü üçün üç aylıq həbs-qətimkan tədbiri seçildi. Bu barədə mayın 31-də Səbail rayon məhkəməsində qərar çıxarılıb.

Əfqan Muxtarlının vəkili Elçin Sadıqov bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə CM-nin 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə, zor tətbiq etmə) maddəsi ilə yeni ittiham irəli sürülüb. Bundan əvvəl isə Əfqan Muxtarlıya CM-nin 206 (qaçaqmalçılıq) və 318-ci (sərhədi qanunsuz keçmə) maddələri ilə ittiham elan olunmuşdu.

İttihamda iddia olunur ki, Əfqan Muxtarlı sərhədi qanunsuz keçərkən Dövlət Sərhəd Xidmətinin gizirinə həyat və sağlamlığı üçün təhlükəli zor tətbiq edib.

Əfqan Muxtarlı məhkəmədə deyib ki, Gürcüstanda oğurlanıb, başına torba keçirib Azərbaycanın sərhəd zonasına gətirilənə qədər həmin giziri ümumiyyətlə, görməyib. Jurnalistin sözlərinə görə, onu oğurlayanlar xüsusi formada olublar.