Ermənistan silahlı qüvvələrinin hərbi obyekti dağıdılıb
-
Ermənistan silahlı qüvvələrinin hərbi obyekti dağıdılıb
Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində, Ermənistan qüvvələrinə məxsus bölmənin mühafizə olunan komanda müşahidə məntəqəsi və müşahidə qülləsinin optik qurğusu Azərbaycan silahlı qüvvələri tərəfindən atəşlə dağıdılıb.
İRİB-nin Bakıdan verdiyi məlumata görə, Azərbaycan Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində yer alan məlumata görə, Azərbaycan silahlı qüvvələri Ermənistan silahlı qüvvələri ilə təmas xəttində qarşı tərəfə aid mühafizə olunan komanda müşahidə məntəqəsini və müşahidə qülləsinin optik qurğusunu atəşlə dağıdıb.
Azərbaycan Müdafiə Nazirliyi öz açıqlamasında həmçinin, Ermənistanı ötən 24 saat ərzində atəşkəsi 126 dəfə pozmaqda ittiham edib və bildirib: Ermənistan qüvvələri ötən 24 saat ərzində Azərbaycan silahlı qüvvələrinin mövqelərini Tərtər, Ağdam, Mərcanlı, Xocavənd, Füzuli, Goranboy və Cəbraiyıl istiqamətlərində atəşə tutub.
Ötən iki gün ərzində təmas xəttində gərginlik nisbətən yüksəlib və Ermənistanın diversant qüvvələrinin iki gün öncə yaşayış məntəqələrinə qarşı təxribat xarakterli hərəkətlərinin ardınca Azərbaycan tərəfi xəbərdarlıq edərək, bildirib ki, bu kimi halların təkar olacağı təqdirdə lazımi tədbirlər görüləcək.