Gürcüstanda Əfqan Muxtarlının müdafiəsi ilə bağlı aksiya keçirilib
İyun 01, 2017 16:26 Asia/Baku
-
Əfqan Muxtarlı
Tbilisidə Gürcüstan vətəndaş cəmiyyətinin nümayəndələri, mühacir azərbaycanlı jurnalist və fəallar Əfqan Muxtarlının saxlanaraq Azərbaycana aparılmasına etiraz ediblər.
Əllərində gürcü və ingilis dilində «Əfqan Muxtarlıya azadlıq!» yazılmış şüarlar tutan aksiya iştirakçıları baş verənləri pislədiklərini bəyan ediblər.
Aksiyaya qatılan Gürcüstan vətəndaş cəmiyyətinin təmsilçiləri isə bu məsələ ilə bağlı hökumət üzərində nəzarəti artıracaqlarını bildiriblər.