Azərbaycanda boşanmalar artıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i273780-azərbaycanda_boşanmalar_artıb
Trend statistik məlumatlara istinadən xəbər verir ki, 2016-cı ildə Azərbaycanda 13 114 boşanma qeydə alınıb. Bu da 2011-ci ildən sonra ən yüksək göstərici sayılır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 22, 2017 04:39 Asia/Baku
  • Azərbaycanda boşanmalar artıb
    Azərbaycanda boşanmalar artıb

Trend statistik məlumatlara istinadən xəbər verir ki, 2016-cı ildə Azərbaycanda 13 114 boşanma qeydə alınıb. Bu da 2011-ci ildən sonra ən yüksək göstərici sayılır.

2016-cı ildə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı azalaraq 6,9-a enib, boşanmaların sayı isə artaraq 1,4-ə yüksəlib.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun verdiyi məlumata görə, Azərbaycanda boşanmaların səbəbləri arasında ilk yeri məişət zorakılığı tutur. Sonsuzluq, narkotik aludəçiliyi, xəyanət, maddi durumun yetərli olmaması da boşanmaların əsas səbəbləri arasındadır.