Qüds mövzusunda Azərbaycan yazarları mükafatlandırılıb
Ümumdünya Qüds Günü ərəfəsində "Bütün zaman və məkanlarda Qüds reallığı" mövzusunda keçirilən tədbirdə Azərbaycanın yazarları bir araya gəlib və istənilən işğalçılığı pisləyərək məzlum Fələstin xalqına dəstəyi vurğulayıblar.
İRİB-in məlumatına görə, bu tədbirdə yazıçılıq sahəsinin fəalları, həmçinin bir qrup siyasi fəal Qüds Gününün əhəmiyyətini xatırladaraq islam dünyasının vəziyyətini açıqlayıb və işğalçılıqla mübarizə və islam dünyasının müxtəlif bölgələrində zalımların zülmü qarşısında mübarizədə müsəlmanların birliyini vurğulayıblar.
Bu tədbirdə Qüds mövzusunda yazılan məqalələr üzrə keçirilən yarışda seçilən məqalələrin müəllifləri mükafatlandırılıblar.
Azərbaycan Qələm Yazarlar Birliyinin sədri Qurban Cəbrayıl bu yarışın üç ay öncədən lazımi informasiyaların yazarlara bildirilməsi ilə başlandığını bildirərək deyib: Müsabiqənin keçirilməsi üzrə katibliyə göndərilən 40 məqalədən üç məqalə seçilib və onların müəllifləri, 8 məqalə yazarı ilə birlikdə mükafatlandırılıb.
Qüdsün real mahiyyətinin tanıtdırılması və Qüds amallarının bəyan olunmasını bu müsabiqənin keçirilməsinin məqsədlərindən adlandıran Cəbrayılın sözlərinə görə, şübhəsiz yazarlar zalımlar qarşısında müqavimət mədəniyyətinin genişlənməsində önəmli və əsaslı rola malikdirlər.
Bu yarışda"Fələstin binasının "divarlar və ustaları"", "Fələstin qönçələri yığılır" və "Qüds Günü zülm və işğalçılığa etiraz" məqalələri müvafiq olaraq birinci üçüncü yerləri tutublar.