Azərbaycan R. məhbuslarından 11 nəfər aclıq keçirir
https://azeri.sahartv.ir/news/azərbaycan-i273926-azərbaycan_r._məhbuslarından_11_nəfər_aclıq_keçirir
Azərbaycan Respublikasında məhsulların qiymətlərinin artmasına etiraz edən məhbusların vəkili onlardan on bir nəfərin aclıq aksiyası keçirməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 23, 2017 06:17 Asia/Baku
  • Azərbaycan R. məhbuslarından 11 nəfər aclıq keçirir
    Azərbaycan R. məhbuslarından 11 nəfər aclıq keçirir

Azərbaycan Respublikasında məhsulların qiymətlərinin artmasına etiraz edən məhbusların vəkili onlardan on bir nəfərin aclıq aksiyası keçirməsindən xəbər verib.

Aran Nyu-s-un məlumatına görə, Azərbaycan Respublikasında məhsulların qiymətlərinin artmasına etiraz edən məhbusların vəkili Elçin Sadıqov dünən deyibdir ki, Azərbaycan Respublikasının apellyasiya məhkəməsi onun müvəkkilərinin işinə baxılması üçün konkret bir zaman nəzərdə tutmadan bu işi Quba məhkəməsinə göndəribdir ki, bu da məhbusların etirazı və aksiyasına səbəb olubdur.

Qeyd edək ki, Azərbaycan Respublikasının şimal-şərqində yerləşən Siyəzən rayonunun bir qrup əhalisi 2016-cı il yanvarın 12-də unun və digər məhsulların qiymətlərinin artmasına etiraz olaraq, rayonun icra hakimiyyəti önünə toplaşaraq, bu məsələyə baxılmasını istəyibdir ki, polis qüvvələri tərəfindən 55 nəfər həbs olunub. Məhbusların on bir nəfəri onların ittihamlarına baxılması üçün Quba məhkəməsinə göndərilibdir.