İranın Azərbaycan R-dakı səfiri müsəlmanların birliyini vurğulayıb
-
İranın Azərbaycan R-dakı səfiri müsəlmanların birliyini vurğulayıb
İranın Azərbaycan Respublikasındakı səfiri birlik və həmrəyliyi hazırkı şəraitdə İslam dünyasının ən mühm ehtiyacı adlandırıb və deyib ki, birlik və həmrəylik müsəlmanların qələbəsinin rəmzidir.
IRIB-nin məlumatına görə, Qüds günü münasibətilə və Şeyxulislam Allahşükür Paşazadənin, eləcə də bəzi ölkələrin Bakıdakı səfirləri və diplomatlarından bir qrupunun iştirakı ilə keçirilən rəsmi mərasimdə İranın Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə Ümumdünya Qüds gününün qeyd olunması və məzlum Fələstin xalqı ilə həmrəyliyin ifadə olunması üçün bir çox islam ölkəsində və İranın bütün şəhərlərində xalqın şövqlü iştirakına işarə edərək, deyib: Qüds günü anlamının beynəlxalq mahiyyət kəsb etməsi və bu əhatəli iştirak onu göstərir ki, sionist rejimin Fələstin məsələsinin unudulması üzrə cəhdləri öz hədəfinə çatmayacaqdır.