Azərbaycanda məscid yanğından xilas edildi
https://azeri.sahartv.ir/news/azərbaycan-i274026-azərbaycanda_məscid_yanğından_xilas_edildi
23 İyun yerli vaxtla saat 13:00 radələrində Şabran şəhəri ərazisində, "Stansiya" adlanan ərazidə yerləşən məscidin həyətində yanğın baş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 24, 2017 06:35 Asia/Baku
  • Azərbaycanda məscid yanğından xilas edildi
    Azərbaycanda məscid yanğından xilas edildi

23 İyun yerli vaxtla saat 13:00 radələrində Şabran şəhəri ərazisində, "Stansiya" adlanan ərazidə yerləşən məscidin həyətində yanğın baş verib.

İslamazeri saytı məlumat yayıb ki, Şabranda baş vermiş yanğın, təxminən 3 hektara yaxın ərazini əhatə edib.

 

Hadisə nəticəsində məscidin həyətindəki meyvə ağacları yanaraq məhv olub. Yanğın yaşayış binasına keçməyə 10 metr qalmış söndürülüb.

Sözügedən məscid şəxsi mülkdür. Vəhhabi cərəyanından (sələfilər) olan insanların bir neçə il əvvəl orda namaz qıldıqları, lakin sonra rayon camaatı tərəfindən məsciddən qovulduqları bildirilir.