Birbaşa Bakı-Məşhəd ziyarət səfərləri dayandırılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i275224-birbaşa_bakı_məşhəd_ziyarət_səfərləri_dayandırılıb
Azərbaycan R-nın Qafqaz Müsəlmanları İdarəsi Bakıdan Məşhədə doğru birbaşa səfərləri naməlum müddətədək dayandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 05, 2017 07:24 Asia/Baku
  • Birbaşa Bakı-Məşhəd ziyarət səfərləri dayandırılıb
    Birbaşa Bakı-Məşhəd ziyarət səfərləri dayandırılıb

Azərbaycan R-nın Qafqaz Müsəlmanları İdarəsi Bakıdan Məşhədə doğru birbaşa səfərləri naməlum müddətədək dayandırıb.

APA-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi bu qərarın səbəbini açıqlamadan bildirib ki, Məşhədə və Kərbəlaya ziyarət səfərlərində dəyişiklər baş verib və Bakıdan Məşhədə doğru birbaşa səfərlər dayandırılbdır.

Bu idarə eyni zamanda bildirib ki, yalnız Bakı-Kərbəla-Məşhəd-Bakı ikitərəfli ziyarət səfərləri həyata keçiriləcək.

Qeyd edək ki, bir müddət bundan öncə Azərbaycan R-nın Qafqaz Müsəlmanları İdarəsi bildirmişdi ki, müqəddəs Məşhəd, Kərbəla və Nəcəf şəhərlərinə ziyarət səfərləri təşkil olunacaq və avtobus və ya təyyarə ilə səfər seçimi imkanı mövcud olacaqdır.