Bakıda aksiyaya çağırış
https://azeri.sahartv.ir/news/azərbaycan-i275264-bakıda_aksiyaya_çağırış
Ermənistan qüvvələrinin atəşkəsi pozmaları nəticəsində Azərbaycan R-nın Füzuli rayonunun Alxanlı kəndində ikiyaşlı qız uşağının öldürülməsinə etiraz olaraq, sabah ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin Bakıdakı səfirlikləri önündə aksiyalar keçiriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 05, 2017 15:53 Asia/Baku
  • Bakıda aksiyaya çağırış

Ermənistan qüvvələrinin atəşkəsi pozmaları nəticəsində Azərbaycan R-nın Füzuli rayonunun Alxanlı kəndində ikiyaşlı qız uşağının öldürülməsinə etiraz olaraq, sabah ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin Bakıdakı səfirlikləri önündə aksiyalar keçiriləcək.

IRIB-nin Bakı ofisinin APA-ya istinadlı məlumatına görə, Azərbaycan R-nın idman və gənclər nazirliyinin mətbuat bölməsi bildiribdir ki, bu ölkə gənclərinin qurumları sabah Bakı meydanlarından birinə toplaşacaqlar. Onlar yerli vaxtla səhər saat 11-də Rusiya, saat 11-20 dəqiqədə Amerika və saat 12-də Fransa səfirliyinin önündən yürüş keçirəcəklər.

Azərbaycan R-nın idman və gənclər nazirliyi bu ölkənin gənclərini həmin yürüşdə geniş iştiraka çağırıb.

Qeyd edək ki, qeyd olunan hər üç ölkə ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkədir.

Dünən gecə erməni qüvvələrin ağır texnikadan istifadə edərək, atəşkəsi pozmaları nəticəsində Azərbaycan R-nın Füzuli rayonunun Alxanlı kəndində bir qadın və onun ikiyaşlı nəfəsi həlak olub, başqa bir qadın da ağır surətdə yaralanıbdır.