Bakı və Düşənbə Qarabağ məhsullarının sanksiyası barədə razılığa gəliblər
https://azeri.sahartv.ir/news/azərbaycan-i276210-bakı_və_düşənbə_qarabağ_məhsullarının_sanksiyası_barədə_razılığa_gəliblər
Azərbaycan Respublikası və Tacikistan Qarabağ məntəqəsində istehsal olunmuş məhsulların idxalı və satışının qadağan olunması barədə razılığa gəliblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 14, 2017 03:39 Asia/Baku
  • Bakı və Düşənbə Qarabağ məhsullarının sanksiyası barədə razılığa gəliblər
    Bakı və Düşənbə Qarabağ məhsullarının sanksiyası barədə razılığa gəliblər

Azərbaycan Respublikası və Tacikistan Qarabağ məntəqəsində istehsal olunmuş məhsulların idxalı və satışının qadağan olunması barədə razılığa gəliblər.

Trend xəbər agentliyinin məlumatına görə, bu razılıq iki ölkənin ticari-iqtisadi əməkdaşlıqlar mövzusunda dünən Bakıda keçirilən dördüncü dövlətlərarası iclasında əldə olunub.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev bu iclasda qeyd edib ki, iki ölkə müxəlif sahələrdə 45-dən çox əməkdaşlıq sənədi imzalayıb. O, iki ölkə arasındakı siyasi, iqtisadi və mədəni əlaqələrin genişlənməsindən xəbər verib.

İki tərəf həmçinin Azərbaycan Respublikasının kənd təsərrüfatı və sənaye məhsullarının Tacikistana ixracatı və qarşlılıqlı mənfəət əsasında investisiya sahələrinin genişləndirilməsi məsələsini araşdırıbdır.