Bakı ilə Moskva arasında hərbi həmkarlıqlar davam edir
-
Bakı ilə Moskva arasında hərbi həmkarlıqlar davam edir
Azərbaycan Respublikasının müdafiə naziri Rusiya ilə hərbi həmkarlıqların davam etdirilməsindən xəbər verib.
Trend xəbər agentliyinin məlumatına görə, Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov Bakı ilə Moskva arasında hərbi həmkarlıqların davam etdirilməsinə toxunaraq, deyib: Rusiyadan "Smerç" tipli raketatan sistemi və "Msta-S" tipli özüyeriyən artilleriya qurğusunu satın almaq üçün iki ölkə arasında razılıq əldə olunub və Bakı bütün xərcləri ödəyərək, bu təchizatları təhvil alıbdır.
Zakir Həsənov həmçinin Ria-Novosti ilə müsahibədə Azərbaycan Respublikası ilə Rusiya arasında yeni hərbi razılaşmadan xəbər verib.
Qeyd edək ki, Rusiyadan Azərbaycan Respublikasına hərbi təchizatların daxil olmalarının sonuncu etapı cari milad ilinin iyun ayında həyata keçirilibdir.