Azərbaycanda ötən 6 ayda qanunsuz dini təbliğat ittihamı ilə 138 nəfər salxanılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i276878-azərbaycanda_ötən_6_ayda_qanunsuz_dini_təbliğat_ittihamı_ilə_138_nəfər_salxanılıb
Bu ilin 6 ayı ərzində "Dini etiqad azadlığı haqqında" Qanunun tələblərini pozaraq qeyri-qanuni təbliğat apardıqlarına görə 138 nəfər saxlanılaraq şəhər-rayon polis şöbələrinə gətirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 19, 2017 14:34 Asia/Baku
  • Azərbaycanda ötən 6 ayda qanunsuz dini təbliğat ittihamı ilə 138 nəfər salxanılıb

Bu ilin 6 ayı ərzində "Dini etiqad azadlığı haqqında" Qanunun tələblərini pozaraq qeyri-qanuni təbliğat apardıqlarına görə 138 nəfər saxlanılaraq şəhər-rayon polis şöbələrinə gətirilib.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, onlardan 1066 ədəd dini ədəbiyyat, 102 ədəd CD və DVD, 16 ədəd audio kaset, 94 ədəd jurnal aşkar edilərək götürülüb.

Görülmüş tədbirlər nəticəsində 1 fakt üzrə cinayət işi başlanılıb.

Götürülmüş dini təyinatlı ədəbiyyat dinşünaslıq ekspertizasından keçirilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.  

Qeyd olunub ki, DİN-in təmsilçiləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Baş Prokurorluğun və digər dövlət qurumlarının nümayəndələri ilə birlikdə ictimaiyyət arasında radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri, bu sahədə mübarizənin hüquqi əsasları barədə maarifləndirmə işlərinin aparılması məqsədi ilə zonalar üzrə konfranslar keçirblər.