Bakı Ermənistanı Qarabağda atəşkəsi ardıcıl şəkildə pozmaqda ittiham edib
-
Bakı Ermənistanı Qarabağda atəşkəsi ardıcıl şəkildə pozmaqda ittiham edib
Azərbaycan Respublikasının xarici işlər və müdafiə nazirlikləri bu gün müştərək bir bəyanat yayaraq, Ermənistanı Qarabağda atəşkəsi ardıcıl şəkildə pozmaqda ittiham ediblər.
IRNA-nın məlumatına görə, bu bəyanatda deyilir: Ermənistanın hərbi qüvvələri ağır texnikadan istifadə edib, atəşkəs rejimini pozaraq, Qarabağda və Ermənistanla Azərbaycan Respublikası sərhədləri boyu ön cəbhədə təxribatları ardıcıl surətdə davam etdirirlər.
Azərbaycan Respublikasının xarici işlər və müdafiə nazirlikləri bu birgə bəyanatda bir neçə həftə bundan öncə Ermənistan hərbi qüvvələrinin Azərbaycan Respublikasının yaşayış massivlərindən birinə hücum etməsinə toxunaraq, əlavə ediblər: Bakının dünya ictimaiyyətinin köməkliyi ilə Qarabağ münaqişəsinin dinc həlli üzrə səyini artırdığı bir halda, Ermənistan bu münaqişənin mövcud vəziyyətinin qorunub saxlanılması istiqamətində səy göstərir.
Bu bəyanatda habelə dünya ictimaiyyətindən istənilibdir ki, Ermənistanın bu münaqişənin mövcud vəziyyətinin qorunub saxlanılması istiqamətindəki səylərini və münaqişə məntəqəsindəki təxribatlarının davam etməsini pisləsin.