Pakistan və Azərbaycan arasında hərbi saziş
İyul 28, 2017 12:34 Asia/Baku
Pakistandan Azərbaycana 10 ədəd "Super Muşşak" hərbi təlim təyyarəsinin satışı barədə razılıq əldə olub.
Səma Tv internet portalının verdiyi məlumata görə, bu razılaşma Bakıda Pakistanın yüksək rütbəli komandanlarından olan İrşad Malik və Azərbaycan Respublikası ordusunun hava qoşunlarının komandanı general Ramiz Tahirovun görüşündə imzalanıb.
Türkiyədə bu növ təyyarədən 52 ədəd almışdı və Qətər böhranından sonra bu təyyarə Dohaya aparılıb.
Pakistan istehsalı olan bu təyyarənin digər müştəriləri Misir, Nigeriya və Səudiyyə Ərəbistanıdır.
Super Muşşak hərbi təlim üçün nəzərdə tutulan təyyarə növüdür amma hərbi əməliyyatlar üçün də təchiz edilmək imkanına malikdir.