Bəhram Qasimi: Ümidvarıq Qarabağ Münaqişəsində diplomatiya qalib gəlsin
https://azeri.sahartv.ir/news/azərbaycan-i278936-bəhram_qasimi_Ümidvarıq_qarabağ_münaqişəsində_diplomatiya_qalib_gəlsin
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bu gün bazar ertəsi günü yerli və xarici jurnalistlərin iştirak etdiyi həftəlik mətbuat konfransında İran, Azərbaycan və Ermənistan əlaqələri və Qarabağ münaqişəsi barədə səsləndirilən suala cavab olaraq deyib: Azərbaycan bizim üçün çox böyük əhəmiyyətə malikdir və bu ölkə ilə çox yaxın əlaqələrimiz var.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 07, 2017 11:08 Asia/Baku
  • Bəhram Qasimi
    Bəhram Qasimi

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bu gün bazar ertəsi günü yerli və xarici jurnalistlərin iştirak etdiyi həftəlik mətbuat konfransında İran, Azərbaycan və Ermənistan əlaqələri və Qarabağ münaqişəsi barədə səsləndirilən suala cavab olaraq deyib: Azərbaycan bizim üçün çox böyük əhəmiyyətə malikdir və bu ölkə ilə çox yaxın əlaqələrimiz var.

Bəhram Qasimi əlavə edib: Azərbaycan və Ermənistan arasındakı qarşıdurmalar və ixtilaflar Qarabağ məsələsi ilə bağlıdır. Bu münaqişə yeni məsələ deyil və zaman-zaman tərəflər arasında qarşıdurmanın şiddətlənməsinə səbəb olub.

İranın xarici diplomatiya idarəsinin sözçüsü əlavə edib: Hər iki ölkəyə tövsiyəmiz dialoq və müzakirədir. Və ümidvarıq bu yolla regionda mövcud olan problemlər və müsibətlərin öhdəsindən gəlsinlər və regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə kömək etmiş olsunlar.

Qasimi Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin ümumilikdə region üçün təsirli olduğunu bildirib və deyib: Biz regionda cərəyan edən hadisələri diqqətlə izləyirik və sərhədlərimizi nəzarət altında saxlayırıq. Biz bu qarşıdurmalara görə sərhədlərimizə xələl gəlməsinə icazə verməyəcəyik.

İran Xarici İşlər Nazirliyinin sözçüsü daha sonra deyib: Davamlı olaraq kənar müdaxilələr nəticəsində regionda ixtilaf odunun yenidən alovlanması ilə bağlı nigaranlıqlar var. Biz davamlı olaraq hər iki ölkə əlaqə saxlayırıq və məsləhətləşmələr aparırıq. Ümidvarıq diplomatiya, müzakirə və dialoq qalib gəlsin və anlaşmanın şahidi olaq və iki ölkə arasındakı münaqişə öz həllini tapsın.