Bakı şəhər Prokurorluğunun müstəntiqi həbs olunub
https://azeri.sahartv.ir/news/azərbaycan-i279164-bakı_şəhər_prokurorluğunun_müstəntiqi_həbs_olunub
Bakı şəhər Prokurorluğunun müstəntiqi həbs olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 09, 2017 14:56 Asia/Baku
  • Bakı şəhər Prokurorluğunun müstəntiqi həbs olunub

Bakı şəhər Prokurorluğunun müstəntiqi həbs olunub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Müşfiq Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələr ilə cinayət işi başlanıb. M. Abbasov həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Məlumatda deyilir ki, M. Abbasov həmin iş üzrə yekun qərarın qəbulunadək vəzifəsindən kənarlaşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya faktı təsdiqləyib.