Azərbaycan Çin layihəsinə dəstək verir
https://azeri.sahartv.ir/news/azərbaycan-i279598-azərbaycan_Çin_layihəsinə_dəstək_verir
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini deyib: Çinin “Bir kəmər-bir yol” layihəsi cənubi Qafqazda sülh və sabitliyin təmini sahəsində əsaslı rola malikdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 13, 2017 09:40 Asia/Baku
  • Azərbaycan Çin layihəsinə dəstək verir
    Azərbaycan Çin layihəsinə dəstək verir

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini deyib: Çinin “Bir kəmər-bir yol” layihəsi cənubi Qafqazda sülh və sabitliyin təmini sahəsində əsaslı rola malikdir.

Xələf Xələfov Bakıda Çinin xarici işlər nazirinin müavini Li Huilai ilə görüşündə Çinin “Bir kəmər-bir yol” adlı nəqliyyat və enerji layihəsini dəstəklədiyini bildirib. 

Çinin xarici işlər nazirinin müavini  Li Huilai də Çin hökumətinin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü, eləcə də Azərbaycan hökumətinin sabitliyin təmin edilməsində həyata keçirdiyi siyasəti dəstəklədiyini bir daha bəyan edib.