AR-da "pençak silat" beynəlxalq yarışları başlanıb
-
AR-da "pençak silat" beynəlxalq yarışları başlanıb
13 ölkədən olan idmançıların iştirakı ilə Azərbaycan Respublikasının paytaxtı Bakıda "pençak silat" beynəlxalq yarışları başlanıb. Bu yarışlarda İran idmançıları da iştirak edirlər.
Bu beynəlxalq yarışlarda ölkəmizi təmsil edən 20 kişi və qadın idmançı, gənclər və yaşlılar qruplarında rəqabət aparacaq. Yarışlarda Azərbaycan Respublikası, Nepal, İraq, Pakistan, İndoneziya, Türkiyə, Ukrayna, Əlcəzair, Hindistan, Kamerun, Banqladeş və Nigeriyadan olan 250-dən yuxarı idmançı mübarizə aparacaq.
İran yığmasının baş məşqçisi Reza Mortazi bu beynəlxalq yarışlarda tanınmış komandaların iştirak etdiklərini vurğulayaraq, yarışların səviyyəsini yüksək adlandırıb və belə əlavə edib: Ölkəmizin milli komandasının hazırlığına əsasən, ümid edirəm ki, İran İslam Respublikasının bayrağını yarışların finalında dalğalandıra biləcəyik.
Yaradıcısı İndoneziya olan "pençak silat" döyüş sənətinin ölkəmizdə əsası, 2009-cu ildə qoyulub və yeni olmasına görə, son bir neçə ildə yaxşı irəliləyişlərə malik olub.
İranın "pençak silat" komitəsinin sədri və Asiyanın qərbi üzrə "pençak silat" federasiyasının sədri Homayun Xorrəm bu barədə belə deyib: Hal-hazırda bu idman növü İranın bütün vilayətlərində fəaldır və İran idmançıları bir neçə yarışda, o sıradan zalda keçirilən yarışlarda, sahil oyunlarında və beynəlxalq yarışlarda uğurlar qazanıblar. İdmançılarımız hazırda da İndoneziyanın Cakarta şəhərində keçiriləcək 2018-ci il Asiya yarışlarında qüdrətli iştirak üçün hazırlaşırlar.
Azərbaycan Respublikasında keçirilən "pençak silat" yarışları üç gün ərzində Bakının "Sərhədçilər" zalında davam edəcək.