Azərbaycan Ermənistanla müzakirələrə şərtli olaraq hazırdır
https://azeri.sahartv.ir/news/azərbaycan-i280774-azərbaycan_ermənistanla_müzakirələrə_şərtli_olaraq_hazırdır
Azərbaycan Respublikası xarici işlər naziri Qarabağ münaqişəsi üzrə Ermənistanla müzakirələrin bərpa edilməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 26, 2017 06:58 Asia/Baku
  • Elmar Məmmədyarov
    Elmar Məmmədyarov

Azərbaycan Respublikası xarici işlər naziri Qarabağ münaqişəsi üzrə Ermənistanla müzakirələrin bərpa edilməsini istəyib.

Azərtacın verdiyi məlumata görə, Elmar Məmmədyarov deyib: Rəsmi Bakı  Qrabağ münaqişəsi üçün siyasi həll yolunun tapılması məqsədi ilə ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistanla müzakirələrin davam etməsində maraqlıdır. 

Elmar Məmmədyarov deyib: Erməni qüvvələrin Azərbaycanın Qarabağ bölgəsindən çıxmaları, Qarabağ didərginlərinin öz ev-eşiklərinə qayıtmaları, münaqişəli zonalarda təhlükəsizliyin bərqərar edilməsi bu böhranın həllinin ilkin şərtlərini təşkil edir. 

Ermənistan prezidenti Serj Serkisiyan öncə beynəlxalq ictimaiyyəti Azərbaycanın Qarabağ bölgəsindəki hərbi fəaliyyətlərinə qarşı qətiyyətli addım atmağa çağırmışdı. 

1988-ci ilidə Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsi başlandı və 1992-ci ildə müharibə ilə nəticələndi. 

Ermənistan qüvvələri bu müharibədə Azərbaycan Respublikasının Qarabağ bölgəsi və 7 rayonunu işğal etdilər. 

1994-cü il may ayında tərəflər arasında atəşkəs rejimi bərqərar olunsa da ABŞ, Rusiya və Fransanın sədrlik etdiyi ATƏT-in Minsk Qrupunun vasitəçiliyi münaqişənin həllinə heç bir töhfə verməyib.