AR-in sursat anbarında partlayış
https://azeri.sahartv.ir/news/azərbaycan-i280894-ar_in_sursat_anbarında_partlayış
Azərbaycan Respublikası ordusunun sursat anbarlarından birində partlayış və yanğın nəticəsində azı altı nəfər yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 27, 2017 12:43 Asia/Baku
  • AR-in sursat anbarında partlayış
    AR-in sursat anbarında partlayış

Azərbaycan Respublikası ordusunun sursat anbarlarından birində partlayış və yanğın nəticəsində azı altı nəfər yaralanıb.

Yanğın bu gün günorta çağı Bakının şimal-qərbindən 70 kilometr aralıda yerləşən "Sitlaçay" məntəqəsindəki sursat anbarında baş verib.

Bu partlayışdan sonra "Sitlaçay" məntəqəsinin ətrafındakı yaşayış massivlərinin sakinləri öz ev-eşiklərini tərk edərək, təhlükəsiz məntəqələrə pənah aparıblar.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin göstərişi ilə bu hadisənin baş verməsi dəlillərinin araşdırılması üçün xüsusi komissiya yaradılıb.

Bu hadisə barədə artıq təfərrüat yayılmayıbdır.