Azərbaycan və Ermənistan dini liderlərinin Moskvada görüşü olacaq
Avq 28, 2017 14:52 Asia/Baku
-
Azərbaycan və Ermənistan dini liderlərinin Moskvada görüşü olacaq
Bütün Rusiyanın və Moskva patriarxı Kirillin təşkilatçılığı ilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və bütün ermənilərin katolikosu II Qaregin arasında görüşdə müzakirə olunacaq bəzi məsələlər məlum olub.
APA-nın məlumatına görə, Dini liderlər münaqişənin dini müstəviyə keçməməsi, o cümlədən münaqişə ilə əlaqədar baş verən gərginliklərin təkrarlanmaması, problemin həllinə dini liderlərin hansı töhfələri verə biləcəyinə dair məsələləri müzakirə edəcəklər.
Qeyd edək ki, əvvəllər də dini liderlərin bu formatda görüşləri keçirilib.
Teqlər